QİDA MƏHSULLARI VƏ BU KİMİ ƏLAQƏDAR ƏRZAQ MALLARI DEPARTAMENTİ

2007-ci ildə “Caspian Crystal” Şirkətində yeni ərzaq bazasının və “Gastronomy” adı altında pərakəndə satış mağazalarının yaradılması haqqında qərar qəbul edilmişdir. Əsas məqsəd ibarətdir:

  • Bazarın yalnız ekoloji cəhətdən təmiz olan yüksək səviyyəli (premium klass) qida məhsulları ilə təchiz edilməsi.
  • Azərbaycan bazarına həm topdan, həm də pərakəndə satış üçün münasib qiymətə, avropa istehsalı olan yüksək keyfiyyətli bütün mal çeşidlərini daxil etmək.
  • Aşpazlıq sənətinin təkmilləşdirilməsi üçün Azərbaycandakı restoran biznesinə kömək etmək.

Bu missiyanın (tapşırığın) icra edilməsi Avropanın ən yaxşı təchizatçılarından birbaşa olaraq Azərbaycan bazarına yüksək keyfiyyətli qida məhsullarının, həmçinin yerli restoran və mehmanxana biznesi üçün bütün  müvafiq malların gətirilməsi ilə həyata keçirilir.

İdxal edilən məhsul çeşidləri dəniz məhsullarından (təzə və dondurulmuş), süd məhsullarından, ət məhsullarından (dana əti, donuz əti, toyuq əti, müxtəlif quş ətləri), kolbasa məmulatlarından, tərəvəz və meyvələrdən, qarışıq məhsullardan ibarətdir. Yalnız bizdə təklif olunan hər məhsul Avropa Birliyinin uyğunluq sertifikatına malikdir. Məhsulların çatdırılması həftədə 2-3 dəfə Cargolux və AZAL kimi hava yolları şirkətlərinin təyyarələri vasitəsi ilə təchizatçının anbarından birbaşa olaraq ölkəmizə gətirilir.

Dəniz məhsulları üzrə geniş seçim “Gastronomy” mağazalarının çeşid siyahısının ayrılmaz hissəsidir. Kalmarlar, səkkizayaqlı ilbizlər (osminoqlar), dəniz şanaları, midiyalar, kamçatka krabı, sibas balığı, istənilən ölçüdə pələng dərili və şah-kral krevetlər, Avstraliya sarı quyruğu (balıq növüdür), xanı balığı və onun filesi (telapiya), suşi üçün dəniz məhsulları, təzə və dondurulmuş Norvegiya qızıl balığı, tuna balığı- sadaladığımız bu məhsullar “Gastronomy” mağazalarında təklif olunan dəniz məhsullarının hələ tam siyahısı deyil.

Avropanın fabrik-istehsalçılarından bilavasitə idaxal edilən süd və kolbasa məmulatlarının (halal kolbasa məmulatları da daxil olmaqla) geniş çeşidləri Bizə ən qərarsız müştərilərin istənilən istəklərini bilə təmin etmək imkanını verir.

Yeni texnologiyalar (şok dondurulma) sayəsində ilin istənilən vaxtında Sizə dünyanın hər bir küncündən olan, özünün  dad və qidalandırıcı keyfiyyətini qoruyub saxlayan  bütün növ tərəvəz və meyvə çeşidlərini təklif etməyə hazırıq.

Bu gün,  “Caspian Crystal” Şirkətinin qida məhsulları və bu kimi əlaqədar ərzaq malları departamenti yalnız restoranları və mehmanxanaları ərzaq malları ilə təchiz edən baza kimi deyil, həm də “Gastronomy” adı altında pərakəndə satış mağazalar şəbəkəsi kimi də fəaliyyət göstərir. Bu mağazalar şəbəkəsi adi vətəndaşların da damaq zövqünün formalaşması üçün, onları digər ölkələrin yemək mədəniyyəti və ərzaqları ilə tanış etmək üçün yaradılmışdır. Hazırda şəhərimizdə bu ad altında 3 mağaza mövcuddur: “Gastronomy-1”, “Gastronomy-2”, “Gastronomy-3”. İlk “Gastronomy” mağazamız yüksək zövqlə və yüksək səviyyəli xidmət üçün bütün avadanlıqlarla təchiz edilərək yaradılmışdır. Sonradan, günü-gündən artan müştəri sıralarımız səbəbi ilə, o cümlədən daha yaxşı və rahat işləmək üçün 2010-cu ilin May ayında, Nərimanov prospekti 57/24 ünvanında “Gastronomy-2” və 2012-cil ilin fevral ayında isə İnşaatçılar prospekti, 3 ünvanında yerləşən “Gastronomy-3” mağazalarımızı sakinlərin xidmətinə buraxdıq.  Bu 3 mağazanın hər birində sizə gülərüz heyət yüksək səviyyədə, bütün gigiyenik və təmizlik qaydalarına riayət edərək xidmət göstərməkdədir. Digərilərdən fərqli olaraq mağazalarımızın hər birində sifariş masaları mövcuddur. İstənilən müştəri bu masalara yaxınlaşaraq istədiyi məhsulu münasib qiymətə sifariş edə bilər. Müdriyyətdən tutmuş satıcı heyətə qədər müştərilərimizin hər birinin arzu-istəklərinə və şikayətlərinə biganə qalmamağa səy göstəririk. Onu da qeyd etmək lazımdır ki, müştərilərinə məhsulların yüksək səviyyədə çatdırılması üçün “Caspian Crystal” Şirkətinin özünün peşəkar nəqliyyat bazası da yaradılmışdır (çatdırılma-ekspedisiya).

 “Gastronomy”  mağazasının yeni xidməti kimi biz, Bakı şəhəri sakinlərinə unikal xidmət- ilk sifarişlərin evlərinizə çatdırılması imkanını təqdim edirik.

Məlum layihə qərb mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Şirkət əməkdaşları daimi olaraq təlimləndirilirlər və sertifikasiyadan- yoxlamadan keçirlər ki, bu da Sizlərə göstərdiyimiz xidmətin mütəmadi olaraq təkmilləşdirilməsinə imkan yaradır.  

Partnyorlarımız